BANK

24 phrase_var_core.april

"Yelo Bank"ın depozit portfeli və aktivləri artıb

Yelo Bank ASC-nin 2025-ci ilin I rübü üzrə maliyyə nəticələri açıqlanıb.

Finss.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bank 2025-ci ilin yanvar-mart aylarında depozit portfelini 913 478 manata çatdırıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 60,38% artım deməkdir. Belə ki, ötən ilin I rübündə bankın depozit portfeli 569 558 manat olub.

Bankın xalis mənfəətində azalma müşahidə olunub. 2025-ci ilin I rübündə xalis mənfəət 11 199 620 manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövründə qeydə alınmış 51 123 000 manata nisbətən 78,09% azalma deməkdir.

Yelo Bankın aktivləri isə artım nümayiş etdirib. 2025-ci ilin yanvar-mart aylarında aktivlər 1 260 889 manat olub. Bu, 2024-cü ilin analoji dövründəki 1 130 812 manatla müqayisədə 11,50% artım olduğunu göstərir.

Fuad Mədətov
Finss.az