Xalq Bank ASC 2025-ci ilin 1-ci rübün (yanvar-mart) maliyyə göstəricilərini açıqlayıb.
Finss.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın depozit portfeli 18,32% azalıb və 1 milyon 818 min 775 manat olub. 2024-cü ilin eyni dövründə bu göstərici 2 milyon 226 min 753 manat idi.
Xalis mənfəətində də azalma müşahidə olunub. 2024-cü ildə 14 milyon 125 min 500 manat olan xalis mənfəət, 2025-ci ildə 11 milyon 857 min 880 manata düşüb. Bu, 16,05%-lik azalma deməkdir.
Bankın aktivləri isə demək olar ki, dəyişməyib. 2025-ci ildə aktivlər 3 milyon 44 min 108 manat təşkil edib. 2024-cü ildə bu göstərici 3 milyon 37 min 552 manat olub, yəni yalnız 0,22% artım müşahidə olunub.
Fuad Mədətov
Finss.az