BANK

24 phrase_var_core.april

"Kapital Bank"ın depozit portfeli və aktivləri xeyli artıb

Kapital Bank ASC 2025-ci ilin 1-ci rübün (yanvar-mart) maliyyə göstəricilərini açıqlayıb.

Finss.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın depozit portfeli 34,92% artaraq 9 milyon 3 min 883 manata çatıb. 2024-cü ilin eyni dövründə bu göstərici 6 milyon 673 min 562 manat idi.

Bankın xalis mənfəətində 23,12% azalma müşahidə olunub. 2024-cü ildə 71 milyon 393 min manat olan xalis mənfəət, 2025-ci ildə 54 milyon 886 min manata düşüb.

Kapital Bankın aktivləri 41,99% artaraq 12 milyon 448 min 104 manata yüksəlib. 2024-cü ildə bu göstərici 8 milyon 766 min 814 manat idi.

Fuad Mədətov
Finss.az