BANK

24 phrase_var_core.april

"Azərbaycan Beynəlxalq Bankı"nın depozit və aktivləri artıb

Azərbaycan Beynəlxalq Bankı ASC 2025-ci ilin 1-ci rübün (yanvar-mart) maliyyə göstəricilərini açıqlayıb.

Finss.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın depozit portfeli 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,73% artaraq 10 milyon 128 min 401 manata yüksəlib. 2024-cü ildə bu göstərici 9 milyon 490 min 180 manat təşkil edib.

2025-ci ilin 1-ci rübü üzrə xalis mənfəətində 18,54% azalma baş verib. Belə ki, 2024-cü ildə 80 milyon 607 min 820 manat olan xalis mənfəət, 2025-ci ildə 65 milyon 664 min 540 manata enib.

Bankın aktivləri 8,65% artaraq 14 milyon 329 min 641 manat olub. 2024-cü ildə aktivlər 13 milyon 189 min 303 manat təşkil edirdi.

Fuad Mədətov
Finss.az