BANK

23 Aprel

2025-ci ilin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı proqnozlaşdırılır

Finss.az - 2025-ci ilin mart ayında 12 aylıq inflyasiya 5,9 faiz olub ki, bu da inflyasiya proqnozuna uyğun dinamikadır.

Mərkəzi Bankın məlumatına görə, bu dövrdə illik qiymət artımı ərzaq malları üzrə 6,5 faiz, qeyri-ərzaq malları üzrə 2,8 faiz, xidmətlər üzrə isə 7,5 faiz təşkil edib. İllik baza inflyasiya isə 4,5 faiz olub.

Son aylarda inflyasiyaya təsir edən xarici amillərdə dəyişkənlik artıb. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2025-ci ilin martında əmtəə qiymətləri indeksi aylıq 2,7 faiz azalıb, illik isə 2,6 faiz artıb. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası cari ilin martında ötən ilin eyni ayına nəzərən 9,6 faiz olub. Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2025-ci ilin mart ayında ötən ilin eyni ayı ilə müqayisədə 1,8 faiz möhkəmlənib.

Xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin I rübündə xarici ticarət balansında müsbət saldo qeydə alınıb. Son qiymətləndirmələrə görə də 2025-ci ilin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı proqnozlaşdırılır.