BANK

22 Aprel

Hindistanın Azərbaycana yatırdığı investisiyalar azalıb

2024-cü ildə Hindistanın Azərbaycan iqtisadiyyatına cəlb etdiyi birbaşa xarici investisiyaların həcmi 43,2 milyon ABŞ dolları təşkil edib.

Finss.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı (AMB) yayıb.

Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 5 milyon ABŞ dolları və ya 10,5% azalma deməkdir. Beləliklə, Hindistanın ötən il Azərbaycana yönəltdiyi birbaşa investisiyaların ümumi xarici sərmayələrdəki payı 0,6% olub.

Xatırladaq ki, 2023-cü ildə Hindistandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 48,2 milyon ABŞ dolları təşkil edib.

2024-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş ümumi birbaşa xarici investisiyaların həcmi 7 milyard ABŞ dollarını ötüb. Bu isə 2023-cü illə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Digər tərəfdən, ötən il Azərbaycandan xarici ölkələrin iqtisadiyyatına yönələn birbaşa xarici investisiyaların həcmi 1,8 milyard ABŞ dolları təşkil edib. Bu göstərici 2023-cü ilə nisbətən 1,4 milyard ABŞ dolları və ya 43,3% azalıb.

Fuad Mədətov
Finss.az