2024-cü ildə Küveytdən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi 3,2 milyon ABŞ dolları təşkil edib.
Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 183 min ABŞ dolları və ya 5,4% azdır. Qeyd olunub ki, Küveytin ümumi pul köçürmələrindəki payı 0,3% olub.
Xatırladaq ki, 2023-cü ildə bu göstərici 3,4 milyon dollar təşkil edib.
Bütövlükdə 2024-cü ildə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib. Bu da ötən illə müqayisədə 571,9 milyon dollar və ya 34,6% azalma deməkdir.
Digər tərəfdən, Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdiyi pul köçürmələri 526,8 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ilə nisbətən 23,4 milyon dollar və ya 4,2% azdır.
Fuad Mədətov
Finss.az