BANK

21 Aprel

Filippindən Azərbaycana investisiyalar azalıb

2024-cü ildə Filippindən Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi 13,3 milyon ABŞ dolları təşkil edib.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Rəqəmlər göstərir ki, bu göstərici 2023-cü illə müqayisədə 10,4 milyon ABŞ dolları və ya 44% azalıb. Qeyd edək ki, 2023-cü ildə Filippindən Azərbaycana yönələn birbaşa xarici investisiyaların həcmi 23,7 milyon dollar olub.

2024-cü ildə Filippindən yatırılan investisiyalar, Azərbaycana cəlb olunan ümumi birbaşa xarici investisiyaların 0,2%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycan iqtisadiyyatına cəlb edilən ümumi birbaşa xarici investisiyaların həcmi 7 milyard ABŞ dollarını ötüb. Bu isə 2023-cü illə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Bununla yanaşı, 2024-cü ildə Azərbaycandan xarici iqtisadiyyatlara yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 1,8 milyard dollar olub. Bu da ötən illə müqayisədə 1,4 milyard dollar və ya 43,3% azalma ilə müşahidə olunur.

Fuad Mədətov
Finss.az