Ötən il Azərbaycandan Çexiya Respublikasına fiziki şəxslərin göndərdiyi pul köçürmələrinin həcmi 4,4 milyon ABŞ dolları olub.
Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2023-cü il ilə müqayisədə 915 min ABŞ dolları və ya 26% artıb. 2023-cü ildə Azərbaycandan Çexiyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,5 milyon dollar təşkil edib.
Hesabat ilində Çexiyanın Azərbaycanın ümumi pul köçürmələrindəki payı 0,8% olub.
Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin göndərdiyi pul köçürmələrinin ümumi həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu, 2023-cü ilə nisbətən 23,4 milyon dollar və ya 4,2% azalma göstərib.
Eyni dövrdə xarici ölkələrdən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi isə 1,08 milyard ABŞ dollarına çatıb. Bu göstərici 2023-cü ilə nisbətən 571,9 milyon dollar və ya 34,6% azalıb.
Fuad Mədətov
Finss.az