BANK

18 Aprel

Azərbaycan İrlandiya iqtisadiyyatına yatırdığı sərmayəni artırıb

Ötən il Azərbaycan İrlandiya iqtisadiyyatına 12,4 milyon ABŞ dolları sərmayə qoyub.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata görə, bu göstərici 2023-cü ildəki göstərici ilə müqayisədə 9,2 milyon ABŞ dolları və ya 3,9 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində İrlandiyaya yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,7% təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə 3,2 milyon ABŞ dollarına bərabər olub.

Məlumat üçün bildirək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarından çox olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,8 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici illə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azdır.

Fuad Mədətov
Finss.az