Finss.az - "TuranBank" ASC-də Korporativ Bankçılıq üzrə Baş Direktor təyin edilib.
Marja.az-ın məlumatına görə, Korporativ Bankçılıq üzrə Baş Direktor vəzifəsinə Eldar Fərəcov təyin olunub.
Məlumat üçün bildirək ki, Eldar Fərəcov ümumilikdə bank sektorunda 16 illik təcrübəyə malikdir. 2017-ci ildən "TuranBank" ASC-də İstehlakçıların Hüquqlarının Müdafiəsi şöbəsinin rəhbəri, 2018-ci ildən sözügedən təyinata qədər Müştəri Xidmətləri Departamentinin direktoru vəzifəsini icra edib.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir.