BANK

16 Aprel

Kapital bazarlarında yeni mərhələ: Qanunvericilik paketi 2025-ci ilin sonuna qədər təqdim ediləcək

2025-ci ilin sonunadək "Kapital bazarları" ilə bağlı qanunvericilik paketinin həm Prezidentə, həm də Nazirlər Kabinetinə təqdim olunması planlaşdırılır.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müşaviri Vüqar Əliyev məlumat verib.

Onun sözlərinə görə, bu təşəbbüs kapital bazarlarının inkişafında yeni mərhələnin başlanğıcı olacaq: “Bu da kapital bazarlarında yeni mərhələ, metamorfozdur”.

Vüqar Əliyev bildirib ki, kapital bazarlarının fundamental olaraq inkişaf etdirilməsi məqsədilə genişmiqyaslı layihə həyata keçirilir. “AMB bu sahədə təkcə kapital bazarları sektorunu deyil, digər sektorları da prosesə cəlb edib”, – deyə o vurğulayıb.

Fuad Mədətov
Finss.az