Ötən il Azərbaycanın maliyyə sektoru böyüməyə davam edib – ümumi aktivlər 8% artaraq 56 milyard manatı ötüb. Bu artımın böyük əksəriyyəti – 94,3%-i isə məhz bank sektorunun payına düşür.
Finss.az xəbər verir ki, bu barədə AMB sədrinin birinci müavini Əliyar Məmmədyarov Maliyyə sabitliyinin açıqlamasına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ötən il bank sektorunun aktivlərində də eyni templə – 8%-lik artım qeydə alınıb və nəticədə bu göstərici 53 milyard manata çatıb.
“Hazırda bank sektorunun likvidlik mövqeyi komfortlu səviyyədədir. De-dollarlaşma prosesi də ardıcıl şəkildə davam edir. Ümumilikdə desək, ölkənin maliyyə sektoru ötən il artım potensialını uğurla reallaşdırdı”, – deyə Ə.Məmmədyarov vurğulayıb.
Fuad Mədətov
Finss.az