Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-2026-cı illəri əhatə edən maliyyə sektorunun inkişaf strategiyası çərçivəsində yeni normativin tətbiqini nəzərdə tutur.
Finss.az xəbər verir ki, bu barədə AMB sədrinin birinci müavini Əliyar Məmmədyarov Maliyyə sabitliyinin açıqlamasına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, söhbət “xalis sabit maliyyələşmə nisbəti” adlı normativdən gedir.
Ə.Məmmədyarov qeyd edib ki, bu istiqamətdə artıq araşdırmalar aparılır: “Yeni normativ bank sektorunda uzunmüddətli və dayanıqlı maliyyələşmənin təşviqinə, likvidlik mövqeyinin daha uzaq perspektivdə planlaşdırılmasına və nəticə etibarilə likvidlik risklərinin daha effektiv idarə olunmasına xidmət edəcək”.
Fuad Mədətov
Finss.az