BANK

15 Aprel

De-dollarlaşma prosesi güclənib və bankların valyuta mövqeyi sağlamlaşıb - Mərkəzi Bank

2024-cü ildə bank sektorunun valyuta mövqeyi prudensial tələblərə uyğun olub, sektorda de-dollarlaşma prosesi davam edib.

Finss.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üzrə Maliyyə Sabitliyi Hesabatında əks olunub.

Hesabata əsasən, bank sektorunun kredit portfeli üzrə dollarlaşma səviyyəsi 2.7 faiz bəndi azalaraq 16.1%, depozit portfeli üzrə isə 0.9 faiz bəndi azalaraq 37.5% təşkil edib.

Fuad Mədətov
Finss.az