Ötən il Azərbaycandan Ukraynaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 7,7 milyon ABŞ dolları olub.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2023-cü ilə nisbətən 3,5 milyon ABŞ dolları və ya 31,5% azalıb. 2024-cü ildə, Ukraynanın ümumi pul köçürmələrindəki payı 1,5%-ə bərabər olub.
2023-cü ildə isə bu rəqəm 11,2 milyon ABŞ dolları təşkil edirdi. Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin pul köçürmələri 526,8 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilə nisbətən 23,4 milyon ABŞ dolları və ya 4,2% azalma deməkdir. Eyni zamanda, xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələri 1,08 milyard ABŞ dolları olub və bu, 2023-cü ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azalmayı göstərir.
Fuad Mədətov
Finss.az