BANK

11 Aprel

Qətərdən Azərbaycana pul köçürmələri 12,5 milyon dolları keçib

Ötən il Qətərdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 12,5 milyon ABŞ dolları olub.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2023-cü illə müqayisədə 4,7 milyon ABŞ dolları və ya 59,6% çoxdur.

Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində Qətərin payı 1,2% təşkil edib.

Qeyd edək ki, 2023-cü ildə Qətərdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 7,8 milyon ABŞ dolları idi.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.

Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azdır.

Fuad Mədətov
Finss.az