Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın iqtisadi gələcəyinə dair nikbin proqnoz verib.
Finss.az bankın yeni hesabatına əsasən xəbər verir ki, ölkədə real ümumi daxili məhsulun (ÜDM) 2025-ci ildə 3,4 %, 2026-cı ildə isə 3,3 % artacağı gözlənilir. Bu rəqəmlər əvvəlki qiymətləndirmədən 0,8 faiz bəndi yüksəkdir.
AİB-in hesablamalarına görə, 2025–2026-cı illər üzrə orta illik iqtisadi artım 3,35 % təşkil edəcək. Bu da Azərbaycanın iqtisadiyyatının sabit və müsbət trayektoriyada irəlilədiyini göstərir.
Lakin bank region üzrə o qədər də optimist deyil. Qafqaz və Mərkəzi Asiyada ümumi artım tempinin 2024-cü ildəki 5,7 %-dən 2025-ci ildə 5,4 %-ə, 2026-cı ildə isə 5 %-ə qədər enəcəyi proqnozlaşdırılır. Səbəb isə məlumdur: xarici tələbin zəifləməsi və bunun nəticəsində iqtisadi fəallığın azalması.
Fuad Mədətov
Finss.az