BANK

11 Aprel

Belarusdan Azərbaycana pul köçürmələrinin həcmi 26,2% artıb

Ötən il Belarusdan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 4,8 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata əsasən, bu göstərici 2023-cü illə müqayisədə 991 min ABŞ dolları və ya 26,2% artıb. Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində Belarusun payı 0,4% olub.

Qeyd edək ki, 2023-cü ildə Belarusdan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi 3,8 milyon ABŞ dolları təşkil etmişdi.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdiyi pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları olub. Bu, 2023-cü illə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azalma deməkdir.

Eyni zamanda, 2024-cü ildə xarici ölkələrdən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azalmaya bərabərdir.

Fuad Mədətov
Finss.az