BANK

11 Aprel

Fransadan Azərbaycana pul köçürmələri 88,5% artıb

Ötən il Azərbaycandan Fransaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 7,7 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 milyon ABŞ dolları və ya 25,2% artım deməkdir.

Hesabat ilində ölkənin ümumi pul köçürmələrində Fransanın payı 1,5% olub.

Eyni zamanda, ötən il Fransadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 11,8 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəkilərlə müqayisədə 5,5 milyon ABŞ dolları və ya 88,5% artım göstərir.

Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində Fransanın payı 1,1% təşkil edib.

2023-cü ildə Azərbaycandan Fransaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 6,1 milyon ABŞ dolları, əks istiqamətdə isə 6,3 milyon ABŞ dolları olmuşdu.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu, 2023-cü ilə nisbətən 23,4 milyon ABŞ dolları və ya 4,2% azalma deməkdir.

Həmçinin, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azalma göstərir.

Fuad Mədətov
Finss.az