BANK

09 Aprel

Mərkəzi Bank tərəfindən Açıq bankçılıq üzrə istifadə təlimatı hazırlanıb

Azərbaycan Mərkəzi Bankı tərəfindən ölkədə innovativ maliyyə texnologiyaları tətbiqinin genişləndirilməsi və rəqəmsal bankçılıq ekosisteminin formalaşdırılması istiqamətində təşəbbüslərin həyata keçirilməsi diqqətdə saxlanılır. Bu təşəbbüslər sırasında Açıq bankçılıq konsepsiyasının tətbiqi istiqamətində işlərin aparılması böyük əhəmiyyət daşıyır.

Finss.z xəbər verir ki, Açıq bankçılıq yanaşmasının tətbiqi məqsədilə Mərkəzi Bankının İdarə Heyəti tərəfindən 10 dekabr 2024-cü il tarixində “Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanalları üzrə Tələblər” təsdiq olunub. Həmçinin Mərkəzi Bank tərəfindən Açıq bankçılıq üzrə istifadə təlimatı hazırlanıb. Bu sәnәd Azәrbaycan Respublikasında Açıq bankçılıq tәnzimlәmә çәrçivәsinin bir hissәsi olmaqla sözügedən tələblər ilə müəyyən olunmuş xidmәtlәr üçün hesaba xidmәt edәn ödәniş xidmәti tәchizatçıların (ASPSP) interfeyslәrinin standartını müәyyәn edir.

Təlimat “API” strukturunu, razılıq mexanizminin idarə edilməsini, hesab üzrә mәlumat xidmәtini, açıq məlumatlar xidmətini və üçüncü tәrәf tәchizatçı qismində təşkilatlarının qoşulması üçün zəruri olan texniki tələbləri özündə cəmləyir.

Açıq bankçılıq üzrə istifadə təlimatını ətraflı surətdə nəzərdən keçirmək üçün link:
//uploads.cbar.az/assets/7ceb34db48ce13c301f5447ae.pdf

Fuad Mədətov
Finss.az