2024-cü ildə Birləşmiş Krallıqdan Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 1,75 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumatlara əsasən, 2023-cü ilə nisbətən Birləşmiş Krallıqdan Azərbaycana yatırılan investisiyalar 109 milyon ABŞ dolları və ya 5,9% azalıb. Bununla yanaşı, Birləşmiş Krallıqın Azərbaycana yatırdığı investisiyaların ümumi birbaşa xarici investisiyalar içindəki payı 24,8%-ə bərabər olub.
2023-cü ildə Birləşmiş Krallıqdan Azərbaycana investisiyalar 1,86 milyard ABŞ dolları təşkil etmişdi. Eyni zamanda, Azərbaycan ötən il Birləşmiş Krallığın iqtisadiyyatına 111,2 milyon ABŞ dolları sərmayə qoyub, bu da 2023-cü ilə nisbətən 45,6 milyon ABŞ dolları və ya 29% azalma deməkdir.
2024-cü ildə Azərbaycana ümumi xarici investisiyaların həcmi 7,046 milyard ABŞ dolları olub. Bu, 2023-cü ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım göstərir.
Eyni zamanda, hesabat ilində Azərbaycanın xarici iqtisadiyyata yönəltdiyi birbaşa xarici investisiyalar 1,76 milyard ABŞ dolları təşkil edib, bu da 2023-cü ilə müqayisədə 1,35 milyard ABŞ dolları və ya 43,3% azalma deməkdir.
Fuad Mədətov
Finss.az