2024-cü ildə Qırğızıstandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,2 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumatlara əsasən, 2023-cü ilin eyni dövrü ilə müqayisədə Qırğızıstandan Azərbaycana həyata keçirilən pul köçürmələri 428 min ABŞ dolları və ya 11,9% azalıb. Bu da Qırğızıstanın ümumi pul köçürmələrində payının 0,3% təşkil etməsinə səbəb olub.
2023-cü ildə Qırğızıstandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,6 milyon ABŞ dolları olub.
Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib, bu da 2023-cü illə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azalıb.
Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,082 milyard ABŞ dolları təşkil edib, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azalma deməkdir.