BANK

08 Aprel

Lüksemburqdan Azərbaycana birbaşa investisiyalar 2,2 dəfə artıb

2024-cü ildə Lüksemburqun Azərbaycan iqtisadiyyatına cəlb etdiyi birbaşa xarici investisiyaların həcmi 26 milyon ABŞ dollarını ötüb.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 14,5 milyon ABŞ dolları və ya 2,2 dəfə artım deməkdir. Lüksemburqdan yatırılan investisiyaların Azərbaycana yönəlmiş ümumi birbaşa xarici sərmayələrdə xüsusi çəkisi 0,4% təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Lüksemburqdan Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 11,6 milyon ABŞ dolları olub.

Ümumilikdə, 2024-cü ildə Azərbaycana yönəlmiş birbaşa xarici investisiyaların həcmi 7 milyard ABŞ dollarını keçib ki, bu da ötən illə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Bununla yanaşı, Azərbaycandan xarici iqtisadiyyatlara yönəldilən birbaşa investisiyaların ümumi həcmi 1,8 milyard ABŞ dolları təşkil edib. Bu göstərici 2023-cü illə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azalıb.

Fuad Mədətov
Finss.az