BANK

07 Aprel

Azərbaycandan İtaliyaya pul köçürmələri azalıb

Ötən il Azərbaycandan İtaliyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 5,999 milyon ABŞ dolları təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2023-cü illə müqayisədə 1,034 milyon dollar və ya 14,7% azalıb.

Hesabat ilində ölkənin ümumi xarici pul köçürmələrində İtaliyanın payı 1,1% olub.

Bununla yanaşı, ötən il İtaliyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul vəsaitlərinin həcmi 2,728 milyon ABŞ dolları təşkil edib. Bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 48 min dollar və ya 1,7% azalma deməkdir. Bu istiqamətdə İtaliyanın payı ümumi köçürmələrdə 0,3% səviyyəsində olub.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə Azərbaycandan İtaliyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 7,033 milyon dollar, əks istiqamətdə – İtaliyadan Azərbaycana isə 2,776 milyon dollar təşkil etmişdi.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,759 milyon ABŞ dolları olub. Bu göstərici əvvəlki illə müqayisədə 23,367 milyon dollar və ya 4,2% azalma deməkdir.

Eyni zamanda, xarici ölkələrdən Azərbaycana daxil olan pul köçürmələrinin həcmi 1,082 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 571,942 milyon dollar və ya 34,6% azdır.

Fuad Mədətov
Finss.az