Ötən il Azərbaycanda portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 700.4 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 960.9 milyon dollar azalıb.
Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər dövlət (60.8 milyon dollar) sektorunun, kapitalda iştiraka təminat verən qiymətli kağızların (79.7 milyon dollar) və bankların (719.4 milyon dollar) hesabına artıb. Digər (159.5 milyon dollar) sektorların hesabına azalıb.
Öhdəliklər əsasən, dövlət (875.0 milyon dollar) sektorunun, kapitalda iştiraka təminat verən qiymətli kağızların (12.7 milyon dollar), bankların (49.0 milyon dollar) və digər (24.2 milyon dollar) sektorların hesabına isə azalıb.