BANK

14 Mart

Azərbaycan 217 beynəlxalq kredit sazişi imzalayıb

Finss.az - Bu ilin yanvarın 1-nə qədər Azərbaycan, dünyanın nüfuzlu inkişaf bankları, fondları və beynəlxalq maliyyə təşkilatları ilə 217 kredit sazişi imzalayıb. Bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda məlumat verilib.

Sənəddə qeyd edilir ki, bu sazişlər ölkənin sosial-iqtisadi inkişafı üçün vacib sahələr üzrə 174 layihənin maliyyələşdirilməsini təmin edib. İmzalanmış sazişlərdən 105-nin müddəti başa çatıb, 112-si isə hələ də qüvvədədir.

Hazırda xarici kreditlər hesabına Azərbaycanda 6 layihənin həyata keçirilməsi davam edir. Bu layihələrdən 2-si nəqliyyat sektoru, 1-i sosial sektor, 1-i ekologiya sektoru, 1-i elektrik infrastrukturu sektoru, 1-i isə su təchizatı və meliorasiya sektoru ilə bağlıdır.

Bu maliyyə dəstəyi, ölkənin davamlı inkişafını təmin etmək və müxtəlif sahələrdə infrastruktur layihələrinin həyata keçirilməsinə kömək edir.