BANK

11 Mart

İnternet və mobil bankçılıq xidmətlərindən istifadə artıb

Finss.az - Bu ilin əvvəlinə Azərbaycanın bütün bankları, o cümlədən “Azərpoçt” MMC, internet bankçılıq xidməti təqdim edir. 20 bank və “Azərpoçt” MMC isə mobil bankçılıq xidməti təklif edir.

2024-cü il ərzində bank müştərilərinin cari hesablarından aparılan köçürmələrin sayı 694,7 milyon ədəd, həcmi isə 456,8 milyard manat olub. Bu əməliyyatların 93,5 faizi say üzrə, 77,4 faizi isə həcm üzrə rəqəmsal bankçılıq vasitəsilə həyata keçirilib.

İnternet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi 21 faiz artaraq 274,7 milyard manat olub, mobil bankçılıq xidmətləri vasitəsilə isə 38 faiz artaraq 63,9 milyard manat təşkil edib.

Zemfira Ms
Finss.az