BANK

10 Mart

AMB uçot faiz dərəcəsi ilə bağlı yeni qərarını açıqlayacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti bu həftə uçot faiz dərəcəsi ilə bağlı növbəti qərarını verəcək. Martın 12-də açıqlanacaq qərar, bu il ərzində ikinci faiz dərəcəsi iclası olacaq.

Finss.az xəbər verir ki, hazırda AMB uçot dərəcəsini 7,25% səviyyəsində saxlayır. Faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 8,25% təşkil edir. Bank ötən ilin may ayından bəri uçot faiz dərəcəsində dəyişiklik etməyib.

Mərkəzi Bankın açıqlamasına görə, uçot dərəcəsinin artırılıb-artırılmaması faktiki inflyasiya səviyyəsi, proqnoz göstəriciləri və daxili-xarici iqtisadi risklərdən asılı olacaq. Eyni zamanda, inflyasiya təzyiqlərinin azalacağı halda faiz dəhlizinin azaldılması imkanları nəzərdən keçirilə bilər.

Müxtəlif beynəlxalq maliyyə qurumlarının proqnozları fərqlidir. “Trading Economics” portalı AMB-nin uçot faiz dərəcəsini sabit saxlayacağını bildirsə də, Niderlandın “ING Group” maliyyə korporasiyası dərəcənin 7,25%-dən 7,50%-ə yüksəldiləcəyini proqnozlaşdırır.

Mərkəzi Bankın qərarı ölkə iqtisadiyyatı, kredit və investisiya mühiti baxımından əhəmiyyətli təsirə malik olacaq.

Fuad Mədətov
Finss.az