Finss.az - 2024-cü ildə ölkənin strateji ehtiyatları 71 milyard ABŞ dolları təşkil edib ki, bu da bir il öncəki göstəricini 3,7 faiz üstələyir.
Bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir.
Ötən il ərzində strateji valyuta ehtiyatları ÜDM-in 95,5 faizinə çatıb. Mərkəzi Bankın valyuta ehtiyatları ilin sonuna 10 959,5 milyon ABŞ dollarına bərabər olub.
Strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələyib. Belə ki, 2024-cü ilin sonuna ölkənin strateji valyuta ehtiyatları 33 aylıq mal və xidmət idxalına kifayət edib. (2024-cü ilin ilk 9 ayı üzrə mal və xidmət idxalı götürülməklə).
Strateji ehtiyatlar manatla pul kütləsini (M2) 3,3 dəfə üstələyib (1.01.2025 tarixinə olan M2 pul aqreqatı götürülməklə).