BANK

27 Fevral

Sənaye sektoruna kredit qoyuluşu 2,69 milyard manat təşkil edib

Finss.az - 2024-cü ilin yanvar ayının sonuna Azərbaycanda sənaye sektoruna verilmiş biznes kreditlərinin həcmi 2,69 milyard manat olub.

Mərkəzi Bankın məlumatına görə, bu göstərici ötən ilin sonu ilə müqayisədə 21 milyon manat (0,8%) azalıb.

Ümumilikdə, bankların kredit portfeli 27,5 milyard manat təşkil edib. Bunun 14,7 milyard manatı biznes kreditlərinə, 8,5 milyard manatı istehlak kreditlərinə, 4,2 milyard manatı isə ipoteka kreditlərinə ayrılıb.

Zemfira Ms
Finss.az