BANK

27 Fevral

Ölkədə cəmi kredit qoyuluşları 29,3 milyard manata çatıb

Finss.az - Mərkəzi Bankın 2025-ci ilin fevralın 1-nə olan məlumatına görə, ölkədə cəmi kredit qoyuluşları 29,3 milyard manat təşkil edib. Bunun 475,1 milyon manatı ödəmə vaxtı keçmiş kreditlərdir.

Milli valyutada kredit qoyuluşları 24,9 milyard manat olub ki, bunun 369,1 milyon manatının ödəmə vaxtı keçib. Xarici valyutada verilmiş 4,4 milyard manatlıq kreditlərin isə 106 milyon manatının ödəmə müddəti bitib.

Ötən ilin eyni dövrü ilə müqayisədə milli valyutada kreditlər 26,9% artaraq 5,3 milyard manat yüksəlib, xarici valyutada kreditlər isə 6,7% azalaraq 320,7 milyon manat azalıb.

Milli valyutada kreditlərin 4,1 milyard manatı qısamüddətli, 20,8 milyard manatı uzunmüddətli olub. Xarici valyutada isə bu göstəricilər müvafiq olaraq 771,2 milyon manat və 3,7 milyard manat təşkil edib.

Zemfira Ms
Finss.az