BANK

27 Fevral

Azərbaycanın bank sektorunun aktivləri artıb

2025-ci ilin fevral ayının 1-nə Azərbaycanın bank sektorunun aktivləri 53 090.7 milyon manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin fevral ayının 1-i ilə müqayisədə 7.7% çoxdur.

Bankların aktivlərinin 27,514.7 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 16.8% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 47.8%-dən 51.8%-ə yüksəlib.
Hesabat dövründə, bank sektorunun öhdəlikləri 7.6% artaraq 46,402.3 milyon manata, o cümlədən depozit portfeli 5.6% artaraq 36 961 milyon manata çatıb. Bunun 14,385.4 milyon manatı fiziki, 22,575.5 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 12.1%, şirkətlərin banklardakı vəsaitləri isə 1.9% artıb.

Bank sektorunun balans kapitalı isə 8.7% artaraq 6,688.4 milyon manat təşkil edib.

Fuad Mədətov
Finss.az