Finss.az - 21 fevral 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağı keçirilmişdir. Yığıncağı giriş sözü ilə açan ABA-nın prezidenti Zakir Nuriyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib.
İclasın gündəliyinə ABA-nın və onun törəmə qurumlarının 2024-cü il üzrə fəaliyyətinə dair ümumi və maliyyə hesabatının, 2025-ci il üzrə iş planının, cari ildə ABA-nın yaranmasının 35 illik və Azərbaycan Bank-Maliyyə Tədris Mərkəzinin 25 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planının, eləcə də ABA-nın Rəyasət Heyətinin və Audit Komitəsinin tərkibinin və rəhbər heyətinin təsdiqi daxil edilmişdi.
İclasda yuxarıda qeyd edilən məsələlər ətrafında müzakirələr aparılmış və müvafiq qərarlar alınmışdır.
Eyni zamanda, ABA-nın Rəyasət Heyəti aşağıdakı tərkibdə təsdiq edilmişdir:
- “Rabitəbank” ASC-nin müşahidə Şurasının sədri Zakir Nuriyev - ABA-nın prezidenti;
- “ABB” ASC-nin İdarə Heyəti sədri Abbas İbrahimov - ABA-nın vitse-prezidenti;
- “Paşa Bank” ASC-nin İdarə Heyəti sədri Cavid Quliyev;
- “Kapital Bank” ASC-nin İdarə Heyəti sədri Fərid Hüseynov;
- “XalqBank” ASC-nin İdarə Heyətinin sədri Kamran Məcidov;
- “Bank Respublika” ASC-nin Müşahidə Şurasının sədri Şakir Rəhimov;
- “Bank of Baku” ASC-nin Müşahidə Şurasının sədri Elçin İsayev;
- “UniBank” ASC-nin Müşahidə Şurasının sədri Eldar Qəribov;
- “YapıKrediBank Azərbaycan” ASC-nin İdarə Heyəti sədri Cenk Yüksel;
- “Ziraatbank” ASC-nin İdarə Heyətinin sədri Dr. Səlcuq Dəmir;
- “AqrarKredit” BOKT-un İdarə Heyəti sədri Məmməd Musayev;




Qeyd edək ki, ABA 1990-cı ildə təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 28 təşkilat ABA-nın üzvüdür.