Finss.az - Dünyaca məşhur onlayn kredit təşkilatı “Aventus Group” Azərbaycanda fəaliyyətə başlamağa hazırlaşır.
Şirkət 2009-cu ildə Latviyada yaradılıb və hazırda 16 ölkədə fəaliyyət göstərir. Yeni yaradılan “Aventus Azerbaijan” MMC 24 fevral tarixində rəsmi qeydiyyatdan keçib. 1 milyon manat nizamnamə kapitalına malik olan bu bank olmayan kredit təşkilatına (BOKT) İrina Barska rəhbərlik edəcək.
Son illərdə bir neçə xarici kredit təşkilatı Azərbaycan bazarına daxil olub. Latviya mənşəli “SF” qrupu (Manato), Norveçdən “Viator”, ABŞ-dən “KredAgro” və Böyük Britaniyanın “İnkişaf üçün Maliyyə” bu bazarda fəaliyyət göstərən digər qurumlardandır.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı ötən il üç yeni BOKT-yə lisenziya təqdim edib və ölkədə ümumilikdə 57 BOKT fəaliyyət göstərir.