BANK

24 Fevral

Türk Dövlətləri Fintex Alyansının strateji yol xəritəsi İstanbulda müəyyənləşdirildi

İstanbulda Türk Dövlətləri Fintex Alyansının TÖDEB və AzFina üzvlərindən ibarət İdarə Heyətinin ilk iclası keçirilib.

Finss.az xəbər verir ki, fevralın 19-da təşkil olunan görüşdə Alyansın strateji yol xəritəsi, potensial əməkdaşlıq imkanları və fəaliyyətin genişləndirilməsi perspektivləri müzakirə edilib.
İclasda Alyansın rəhbər heyəti formalaşdırılıb. TÖDEB başqanı Ufuk Bilgetekin sədr, AzFina İH sədri Ruslan Talıbov isə sədr müavini seçilib.

Eyni zamanda, Fintex ekosistemində tənzimləmə uyğunlaşdırılması, sərhədlərarası pul köçürmələrinin sadələşdirilməsi və rəqəmsal ödəniş sistemlərinin inteqrasiyasının genişləndirilməsi kimi strateji məqsədlər müəyyən edilib.

İclasın sonunda Türkiyə Prezident Administrasiyası Finans Ofisinin rəhbərinin müavini cənab Necip Fazıl Kaymak İdarə Heyətinin üzvlərini qəbul edib və görüşdə müzakirə olunan mövzular barədə məlumatlandırıb.

Fuad Mədətov
Finss.az