Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanın maliyyə sektorunda problemli aktivlər üzrə risklərin əhəmiyyətli dərəcədə azaldığını açıqlayıb.
Finss.az agentliyin təhlilinə istinadən xəbər verir ki, Qafqaz regionunda (Azərbaycan, Gürcüstan və Ermənistan) bank sektorunda kredit göstəriciləri son iki ildə yüksək iqtisadi artım və biznes həcminin böyüməsi fonunda müsbət tendensiya nümayiş etdirib.
Azərbaycanda maliyyə sektorundakı stabillik əsasən neft qiymətlərinin yüksək olması və aktivlərin keyfiyyətinin yaxşılaşması ilə bağlıdır.
Problemli kreditlərin səviyyəsi aşağı olduğu üçün bu göstəricidə daha kəskin azalma ehtimalı məhduddur.
Fuad Mədətov
Finss.az