“Fitch Group”a aid olan “Fitch Solutions” (FS) şirkəti, Azərbaycanın inflyasiya proqnozunu azaldıb.
Finss.az xəbər verir ki, şirkətin ölkə üzrə hesabatında bu məlumat yer alıb.
Belə ki, FS 2025-ci il üzrə inflyasiya proqnozunu 4.0%-dən 3.5%-ə, 2026-cı il üzrə proqnozunu isə 4.4%-dən 4.2%-ə endirib. Başqa sözlə, “Fitch Solutions” inflyasiya gözləntilərini müvafiq olaraq 0.5% bəndi və 0.2% bəndi azaldıb.