2025-ci ilin yanvarın 1-nə Azərbaycan banklarının biznes kredit portfeli 14 milyard 787,2 milyon manat təşkil edib.
Finss.az Mərkəzi Bankın aylıq statistik bülleteninə əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 40,5 milyon manat (+0,2%) artıb. İllik müqayisədə isə 2 milyard 170,4 milyon manat (+17,2%) böyüyüb.
Qeyd edək ki, 2024-cü ilin dekabrın 1-nə biznes kreditlərinin həcmi 14 milyard 746,7 milyon manat olub.
2024-cü ilin yanvarın 1-nə isə 12 milyard 616,8 milyon manat təşkil edib.
Fuad Mədətov
Finss.az