Azərbaycandakı Amerika Ticarət Palatasında keçirilən görüşdə Mərkəzi Bank tərəfindən təsdiq olunmuş “Yaşıl Taksonomiya” sənədi müzakirə olunub.
Bu barədə Finss.az Mərkəzi Banka istinadən xəbər verir.
Bildirilib ki, Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə görüşdə çıxışı zamanı “Yaşıl Taksonomiya” və onun ölkənin sosial-iqtisadi inkişafı üçün əhəmiyyətindən bəhs edib. O, taksonomiyanın əsas məqsədlərini və bu çərçivədə müəyyənləşdirilmiş fəaliyyət meyarlarını diqqətə çatdırıb.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 7 noyabr 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Yaşıl Taksonomiya”da iqtisadi sektorlar üzrə yaşıl fəaliyyət növləri, alt-növləri və onların texniki təsnifat meyarlarının müəyyən edilməsi üzrə təsnifat sistemi əhatə olunub.
“Yaşıl Taksonomiya” sənədini nəzərdən keçirmək üçün bu linkə daxil olun:
//uploads.cbar.az/assets/af4de2d4855040af5f25af0b5.pdf
