BANK

19 Fevral

AYİB Azərbaycandakı aktivlərini 22 milyon avro artırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycandakı aktiv portfelini genişləndirib.

Finss.az xəbər verir ki,  bu barədə AYİB-dən bildirilib.

EBRD-nin Azərbaycandakı aktiv portfeli 22 milyon avro (2,1%) artaraq 1 milyard 52 milyon avro təşkil edib. İcra edilən aktiv layihələrin sayı isə 32-dən 33-ə yüksəlib.

Portfelin strukturunda:

  • 92% (964 milyon avro) dayanıqlı infrastruktura yatırımlar təşkil edir.
  • 5% (54 milyon avro) sənaye, ticarət və aqrobiznes investisiyaları təşkil edir.
  • 3% (34 milyon avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir.

Həmçinin, EBRD-nin ölkədəki əməliyyat aktivləri 12,8% artaraq 754 milyon avro olub.

Bundan başqa, EBRD bu günədək Azərbaycanda 195 layihə çərçivəsində 4,040 milyard avro həcmində investisiya yatırıb və bunun 82,8%-i (3,346 milyard avro) artıq borc götürənlər tərəfindən mənimsənilib. Özəl sektorun investisiyalardakı payı isə 37%-ə yüksəlib.

Fuad Mədətov
Finss.az