Son illərdə Azərbaycanda nağdsız ödənişlərin həcmi sürətlə artıb.
Finss.az Media Təhlil Mərkəzinə istinadən xəbər verir ki, 2024-cü ildə ölkədə nağdsız əməliyyatların həcmi 78,9 milyard manata yüksəlib. Bu, 2023-cü illə müqayisədə 60,9% artım deməkdir.
Mütəxəssislər bu artımı bir neçə amillə əlaqələndirirlər:
- Bankların keşbek (cashback) təklifləri – Nağdsız ödənişlər zamanı banklar müştərilərə müəyyən məbləğdə keşbek qaytarır.
- “ƏDV geri al” sistemi – Nağdsız ödənişlər zamanı 17,5% vergi güzəşti tətbiq olunur ki, bu da vətəndaşları nağdsız ödənişlərə təşviq edir.
- Elektron ticarətin inkişafı – Onlayn alış-verişlərin artması nağdsız ödənişlərin genişlənməsinə səbəb olub.
Son 5 ildə ölkədə debet kartların sayı 108,1% artaraq 9 milyon 164 min 6 ədəd, kredit kartlarının sayı isə 106,5% artaraq 1 milyon 163 min 565 ədəd çoxalıb. 2024-cü ilin sonunda ölkədəki bank kartlarının 88,7%-i debet, 11,3%-i isə kredit kartları olub.
Fuad Mədətov
Finss.az