Finss.az - İsveçrə bank qrupu Julius Baer 2024-cü ildə rekord həcmdə idarə olunan aktivlər fonunda təmiz mənfəətini əhəmiyyətli dərəcədə artırıb.
Qrupun 2024-cü il üzrə təmiz mənfəəti 2,3 dəfə artaraq 1,022 milyard İsveçrə frankına ($1,12 milyard), yəni səhmdar başına 4,98 frank olub.
Bankın təmiz faiz gəliri 2024-cü ildə 55% azalaraq 377 milyon frank olub, komissiya gəlirləri isə 14% artaraq 2,2 milyard frank təşkil edib.
Julius Baer-in idarə etdiyi aktivlər həcmi 16% artaraq tarixində ən yüksək səviyyəyə - 497 milyard franka çatıb.
Bundan əlavə, bank rəhbərlik komandasının üzvlərinin sayını 15 nəfərdən 5-ə endirdiyini və cari ilin sonuna qədər xərcləri 110 milyon frank azaldacaq optimallaşdırma proqramı həyata keçirəcəyini açıqlayıb.
Proqramın genişləndirilməsi nəticəsində İsveçrədə təxminən 400 iş yerinin (ştatın 5%-i) ixtisar ediləcəyi bildirilib. Bu barədə Julius Baer-in baş icraçı müavini Nik Dreykman yekun mətbuat konfransında məlumat verib.