BANK

03 Fevral

Biznes kredit xətti: Sürətli və rahat maliyyələşmə

Biznes kredit xətti sahibkarların qısamüddətli maliyyə ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulmuş çevik kredit məhsuludur.

Finss.az xəbər verir ki, bu məhsul, müəyyən edilmiş limit və müddət çərçivəsində kreditin tam və ya hissəvi şəkildə istifadə edilməsinə, ödənilməsinə və yenidən istifadəsinə imkan yaradır. “Azər-Türk Bank” ASC-nin təklif etdiyi biznes kredit xəttinin üstünlüklərini təqdim edirik.

Biznes Kredit Xəttinin Üstünlükləri

  • Müddət: 36 ayadək
  • Valyuta: AZN və USD
  • Sürətli və rahat: Onlayn sifariş imkanı
  • Elastiklik: Kreditdən hissə-hissə və ya tam şəkildə faydalanmaq mümkündür
  • Dövriyyə vəsaitlərinin artırılması: Sahibkarlıq fəaliyyəti üçün kapital dəstəyi

Kimlər Üçün Nəzərdə Tutulub?

Bu kredit məhsulu fiziki və hüquqi şəxslərə, yəni biznes fəaliyyəti ilə məşğul olan sahibkarlara təqdim edilir. Kredit xətti sahibkarlara istədikləri vaxt vəsaitləri geri ödəmək və yenidən istifadə etmək imkanı verir.

Fərdi Kredit Şərtləri

Biznes kreditlərinin maksimal müddəti, güzəşt dövrü, faiz dərəcələri və ödəniş şərtləri (annuitet, azalan qrafik, müddət sonunda ödəniş və s.) müştərinin müraciətinə uyğun olaraq Bankın müvafiq idarəetmə orqanları tərəfindən müəyyən edilir.

İndi biznes kredit xətti üçün müraciət edin və maliyyə ehtiyaclarınızı rahat şəkildə qarşılayın!

Fuad Mədətov
Finss.az