2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycan kredit ittifaqlarının cəmi aktivləri 12,6 milyon manata bərabər olub.
Finss.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Aktivlər illik müqayisədə 0,4 milyon manat (3%) kiçilib.
Cəmi kredit portfeli 10,6 milyon manata bərabər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 milyon manat (4%) azalıb. 2023-cü ilin eyni dövründə kredit ittifaqlarının kredit portfeli 11 milyon manat idi.
Bundan başqa, kredit ittifaqlarının öhdəlikləri 0,7 milyon manat (20%) azalaraq 2,8 milyon manata düşüb, balans kapitalı isə 0,3 milyon manat (3%) artaraq 9,8 milyon manata yüksəlib.
Fuad Mədətov
Finss.az