Ötən il Azərbaycan BOKT-larının balans kapitalı 456,4 milyon manata bərabər olub.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 141,2 milyon manat və ya 45% artım deməkdir.
BOKT-ların cəmi nizamnamə kapitalı illik müqayisədə 36,7 milyon manat (18%) artaraq 241,3 milyon manata yüksəlib.
Qrantların həcmi dəyişməyib və 5,2 milyon manat olaraq qalıb.
Bölüşdürülməmiş mənfəətin həcmi 231,1 milyon manat təşkil edib ki, bu da illik 128,4 milyon manat (2,3 dəfə) artım deməkdir.
Fuad Mədətov
Finss.az