2024-cü ildə Azərbaycan BOKT-larının cəmi aktivləri 993,3 milyon manat təşkil edib.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Aktivlər son bir il ərzində 234,8 milyon manat və ya 31% artıb.
Aktivlərin tərkibi aşağıdakı kimidir:
- Nağd vəsaitlər – 2,3 milyon manat
 - Cari hesablar – 46,3 milyon manat
 - Banklara yerləşdirilmiş müddətli depozitlər – 5 milyon manat
 - İnvestisiyalar – 87,3 milyon manat
 - Kredit portfeli – 808,3 milyon manat
 - Maliyyə institutlarına verilmiş kreditlər – 1,9 milyon manat
 - Əsas vəsaitlər – 24,5 milyon manat
 - Qeyri-maddi aktivlər – 4,3 milyon manat
 - Məqsədli ehtiyatlar çıxılmaqla digər aktivlər – 104,8 milyon manat
 
İllik müqayisədə:
- Nağd vəsaitlər 0,2 milyon manat (8%) artıb
 - Cari hesablar 7,6 milyon manat (20%) artıb
 - Banklarda yerləşdirilmiş müddətli depozitlər 4,9 milyon manat (49 dəfə) artıb
 - İnvestisiyalar 25,5 milyon manat (41%) artıb
 - Kredit portfeli 207,6 milyon manat (35%) artıb
 - Əsas vəsaitlər 2,9 milyon manat (13%) artıb
 - Qeyri-maddi aktivlər 1,7 milyon manat (65%) artıb
 - Digər aktivlər 33,2 milyon manat (46%) artıb.
 
Fuad Mədətov
Finss.az
