2024-cü il ərzində Azərbaycan BOKT-ları 246,4 milyon manat faiz gəliri əldə edib.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, illik müqayisədə 57,9 milyon manat və ya 31% artım deməkdir.
Faiz gəlirlərinin 243,2 milyon manatı müştərilərə verilmiş kreditlərdən əldə olunub. Bu, illik müqayisədə 54,7 milyon manat və ya 29% çoxdur.
Faiz xərcləri (öhdəliklər üzrə) isə 37 milyon manata bərabər olub. Bu da illik müqayisədə 8,9 milyon manat və ya 31% artmışdır.
Nəticədə, BOKT-ların xalis faiz gəlirləri 209,4 milyon manata bərabər olub. Bu, son bir il ərzində 49 milyon manat və ya 31% artım deməkdir.
Ötən ilin eyni dövründə BOKT-ların faiz gəlirləri 188,6 milyon manat, faiz xərcləri 28,2 milyon manat, xalis faiz gəlirləri isə 160,4 milyon manat olub.
Bu dövrdə BOKT-ların qeyri-faiz gəlirləri 191,9 milyon manat, qeyri-faiz xərcləri isə 139,1 milyon manat təşkil edib. Əməliyyat mənfəəti 262,2 milyon manat, mənfəət vergisi ödəmələri isə 41,6 milyon manat olub. Son bir il ərzində qeyri-faiz gəlirləri 166,8 milyon manat (7,6 dəfə), qeyri-faiz xərcləri 52,8 milyon manat (61%), əməliyyat mənfəəti 163 milyon manat (2,6 dəfə), mənfəət vergisi ödəmələri isə 24,2 milyon manat (2,4 dəfə) artıb.
Beləliklə, Azərbaycan BOKT-ları 2024-cü ili 157,1 milyon manat xalis mənfəətlə başa vurublar. Bu, son bir il ərzində 81,3 milyon manat və ya 2,1 dəfə artım deməkdir.
Qeyd edək ki, BOKT-lar 2023-cü ili 75,8 milyon manat xalis mənfəətlə tamamlayıb.
Fuad Mədətov
Finss.az