2025-ci ilin yanvarın 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 3 milyard 105,9 milyon manat təşkil edib.
Finss.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvarın 1-i ilə müqayisədə 532 milyon manat və ya 20,7% artım deməkdir.
2024-cü ilin dekabrın 1-nə olan dövrə nisbətən isə faiz gəlirləri 298,2 milyon manat və ya 10,6% artıb. Dekabrın 1-nə qədər bu göstərici 2 milyard 807,7 milyon manat təşkil edib.
2024-cü ilin yanvarın 1-i ilə müqayisədə, 2025-ci ilin başlanğıcında faiz gəlirlərinin əhəmiyyətli artımı göstərir ki, bank sektoru gəlirlərini artırmağa davam edir.
Fuad Mədətov
Finss.az