Azərbaycan Mərkəzi Bankı “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” çərçivəsində istehlak kreditləri üzrə orta faiz dərəcələrini açıqlayıb.
Finss.az xəbər verir ki, 2024-cü ilin göstəriciləri 2023-cü illə müqayisədə müəyyən dəyişikliklərə məruz qalıb.
Faiz dərəcələrinin müqayisəsi (2023/2024)
- Kredit kartları üzrə faiz dərəcəsi – 26% (2023-cü ilə nisbətən 2% artım).
- ABŞ dolları ilə kredit kartları üzrə faiz dərəcəsi – 5% (dəyişiklik yoxdur).
- Məişət avadanlıqları üzrə kreditlər – 25% (dəyişiklik yoxdur).
- Yaşayış sahəsinin təmiri üçün kreditlər – 16% (1% azalma).
- Avtomobil kreditləri – 10% (1% azalma).
- Nağd pul kreditləri (milli valyutada) – 20% (3% artım).
- Xarici valyutada nağd pul kreditləri – 8% (2023-cü il göstəricisi) (2024-cü il üzrə məlumat qeyd olunmayıb).
Bu dəyişikliklər fonunda xüsusilə nağd pul kreditlərinin faiz dərəcəsində artım, avtomobil və təmir kreditlərində isə azalma müşahidə edilir.
Fuad Mədətov
Finss.az